26 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycan Sənaye Bank”ın xalis mənfəəti azalıb – Hesabat açıqlandı

“Azərbaycan Sənaye Bank” 2020-ci ilin birinci rübündə 2 milyon 236 min manat xalis mənfəət əldə edib. Ötən ilin müvafiq dövründə isə bank 3 milyon 208 min manat mənfəətlə başa vurmuşdur. Belə ki, bankın xalis mənfəəti 30,3% azalıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin yanvar-mart aylarında “Azərbaycan Sənaye Bank”ın cəmi aktivləri 907 milyon 328 min manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 3 milyon 659 min manat artması deməkdir. Bunun 319 milyon 28 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə bankın kredit portfeli 8,2% böyüyüb.

Bu ilin 3 ayında bankın cəmi öhdəlikləri illik müqayisədə 0,2% azalaraq 806 milyon 265 min manat, o cümlədən depozit portfeli 0,9% artaraq 640 milyon 746 min manat, cəmi kapitalı isə 6% artaraq 101 milyon 62 min manat olub.

Son xəbərlər
Digər xəbərlər