28 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycan Sənaye Korporasiyası” yerli banklardan aldığı dollar kreditlərini sıfırlayıb

Dövlət müəssisələri portfelini idarə edən “Azərbaycan Sənaye Korporasiyası” ASC 2021-ci ildə bank kreditlərinin böyük hissəsini bağlayıb.

Bu barədə Banker.az ASK-nın illik konsolidə edilmiş audit hesabatına istinadla xəbər verir.

Bildirilir ki, dövlət bankı ABB, yaxud rəsmi adı ilə Azərbaycan Beynəlxalq Bankı ASC-yə olan 11.64 mln. manat olan kredit borcunu 0.2 mln. manat endirib.

2019-cu ilin dekabrında ASK, 1 illik 6 faizlə 2.5 mln. ABŞ dolları, 2020-ci ilin avqustunda eyni şərtlərlə növbəti kredit kredit götürüb.

“2021-ci il ərzində ASK, ABB-yə olan məbləğləri tam ödəyib” deyə konsolidə edilmiş audit hesabatında əlavə not kimi yazılır.

“Kapital Bank” ASC-yə olan 8.5 mln. manatlıq kredit borcu isə sıfırlanıb.

Maraqlı tərəfi də budur ki, ASK “Kapital Bank”dan da cəlb etdiyi kreditləri ABŞ dollarında cəlb edib, amma 1 faiz bəndi baha. Bu bankdan 5 mln. dollarlıq illik ödənişi 6% olan kredit alıb. Sonradan aralarındakı kontrakt yenilənərək illik ödəniş faizi 5%-ə qədər aşağı salınıb.

Digər kredit təşkilatı, əsasən dövlət bankının zərərli aktivlərinin həvalə edildiyi “Aqrarkredit” QSC-yə isə 2021-ci ilin əvvəlində 2.01 mln. manatlıq borcu olub, ilin sonuna bu borc 1.29 mln. manata yuvarlanıb.

Xatırladaq ki, ASK-nin 1 yanvar 2022-ci il tarixinə ümumi öhdəlikləri 89.45 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər