28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Sənaye Korporasiyası zərərdən çıxdı – 44 mln. manat xalis mənfəət əldə edib

Dövlət müəssisələri portfelini idarə edən “Azərbaycan Sənaye Korporasiyası” ASC 2021-ci il üzrə audit hesabatını açıqlayıb və həmin dövrdə 44.1 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə Banker.az ASK-nın illik konsolidə edilmiş audit hesabatına istinadla xəbər verir.

Hesabat dövründə onun 429.15 milyon manatlıq gəliri olmaqla öncəki ildən 54 faiz çox olub. Həmçinin, 330 milyon manat satışın maya dəyəri təşkil edib ki, bu da illik ümumi mənfəətin 98.22 milyon olması deməkdir. Ümumi mənfəət 2020-ci ildə 22.15 milyon manat təşkil edirdi.

57.93 milyon manatlıq vergiyə qədərki mənfəəti olmuş, buradan da 13.83 milyon manat mənfəət vergisi ödənib.

Beləliklə, 2020-ci il üzrə 3.49 mln. manatlıq zərər, 2021-ci ildə 44.1 mln. manatlıq xalis mənfəətlə tamamlanıb. Bu xalis mənfəətin ardından balansdakı 17.2 mln. manatlıq yığılmış zərər, 27.68 mln. manatlıq bölüşdürülməmiş mənfəətə çevrilib.

ASK 2017-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb. Hazırda “ASK” ASC-nin nəzdində iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 17 törəmə müəssisə fəaliyyət göstərir.

1. “Azəralüminium”  MMC,

2. “Azərpambıq ASK”  MMC,

3. “Azəripək”  MMC,

4. “ASK Şüşə”  MMC,

5.  “ASK İzolit”  MMC“

6. “ASK Tekstil”  MMC ,

7. “ASK Xidmət”  MMC,

8. “ASK Security”  MMC,

9. “ASK Aqro” MMC,

10.  “ASK İnşaat”  MMC,

11. “ASK Şəki Kərpic” MMC,

12. “ASK Şəki Su Elektrik Stansiyası” MMC,

13. “ASK Ayaqqabı Fabriki”  MMC,

14. “ASK Əmlak” MMC ,

15. “ASK Turizm”  MMC (fəaliyyət göstərmir),

16. “ASK-Russia”  MMC (fəaliyyət göstərmir),

17. “ASK Poliqrafiya” MMC (fəaliyyət göstərmir).

Son xəbərlər
Digər xəbərlər