24 C
Baku
Çərşənbə, May 18, 2022

“Azərbaycan Sənaye Korporasiyası”dakı vəzifəsindən ayrılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin departament rəhbərlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki,  vəzifəsindən ayrılan İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramovdur. Onun yerinə hələ ki, hər hansısa təyinat baş tutmayıb.

İlham Bayramov 10 avqust 1970-ci ildə Zəngəzur mahalı, Sisyan rayonunun Urud kəndində anadan olub. 1992-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsini, 2009-cu ildə isə Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyası “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsini fərqlənmə ilə bitirib. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursları” adlı proqramı üzrə təhsil alıb. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. 1999-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin “Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzi”ndə şöbə rəisi, 2001-2005-ci illərdə isə həmin Mərkəzin direktor müavini vəzifəsində işləyib. 2005-2006-cı illərdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında şöbə müdiri, 2006-2009-cu illərdə rəis müavini vəzifəsində çalışıb. 2009-2013-cü illərdə “Caspel” MMC ( İT&Telecom Solutions İntegrator) -də İdarə Heyətinin sədr müavini, 2013-2014-cü illərdə “Azərsu” ASC-nin “İnformasiya və Kommunikasiya Texnologiyaları departamenti”nin direktoru vəzifəsində işləyib. 2014-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparatın rəhbəri və nazirin müşaviri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 07. 11. 2016-cı il sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif edilmişdir.

06 noyabr 2018 – ci ildə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Aqrar istehsalat və ticarət departamentinin direktor, 18 iyun 2020 ci ildə İstehsal və əməliyyatlar departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər