3 C
Baku
Saturday, March 2, 2024

“Azərbaycan Sənaye Korporasiyası”dan daha bir şəxs vəzifəsindən ayrılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin daha bir departament rəhbəri vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, Strateji inkişaf və kommersiya departamentinin direktoru Fəxri Mehdiyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, ötən gün İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramov vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılmışdı.

Fəxri Mehdiyev 16 aprel 1974-cü ildə Bakı şəhərində anadan olub.

1990- cı ildə Dövlət Neft Akademiyasına daxil olub və 1995 –ci ildə Yanacaq energetika kompleks sahələrində iqtisadiyyat və idarəetmə’ ixtisası üzrə tam kursu bitirib. 1995-2017- ci ilədək Azərbaycan Respublikası Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışıb.

18 dekabr 2017 – ci ildə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentinin direktoru, 21 yanvar 2020-ci ildən isə Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər