26 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycan Sənaye Korporasiyası”na daxil olan şirkətin dövlətə 77 min manat borcu var

“ASK Şüşə” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “ASK Şüşə” MMC-nin 76 min 640 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 11 noyabr 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, 2018-ci ildə təsis edilən “ASK Şüşə” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir. 22 ha ərazidə yerləşən zavod  İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib və regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın az hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir.

Bu şirkətin nizamnamə kapitalı 28 728 485 manatdır və qanuni təmsilçisi Fəxrəddin Quliyevdir.

Son xəbərlər
Digər xəbərlər