12 C
Baku
Monday, April 15, 2024

Azərbaycan Sənaye Korporasiyasında daha bir təyinat olub

Oktay Abbasov “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) İstehsal və əməliyyatlar departamentinin direktor müavini təyin edilib.

Banker.az bunu şirkətə istinadən xəbər verir.

2 iyun 2023-cü il tarixindən etibarən İstehsal və əməliyyatlar departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, buna qədər bu vəzifədə Mülayim Səfərov idi. M.Səfərov 2023-cü ilin 1 iyunundan bu departamentin direktoru təyin edilib.

Oktay Abbasov 12 oktyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Səbail rayonu 49 saylı orta məktəbi bitirib. 2001-2005-ci illərdə Azərbaycan Texniki Universitetinin Avtomatika və İdarəetmə fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Rabitə Bank” ASC-də başlayıb və 2007-2013-cü illərdə “Unibank KB” ASC-də müxtəlif vəzifələrdə işləyib. 2013-2017-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Problemli kreditlərlə iş departamentində baş mütəxəssis vəzifəsində çalışıb. 2018-2023-cü illərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Strateji inkişaf və kommersiya” departamentinin “Tədqiqat, innovasiya və startaplara dəstək” şöbəsində baş mütəxəssis, daha sonra “İstehsal və əməliyyatlar” departamentinin “Əmlakların icarəsi və xidmətlərin təşkili” şöbəsinin müdiri vəzifələrində işləyib.

Son xəbərlər
Digər xəbərlər