3 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Azərbaycan Sənaye Korporasiyasında təyinatlar olub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də yeni təyinatlar olub.

Banker.az xəbər verir ki, Tale Həsənov Maliyyə departamentinin direktor müavini, Emin Qocayev Hüquq departamentinin direktor müavini təyin edilib.

Tale Həsənov 28 iyul 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, 292 saylı tam orta məktəbi bitirib. 2000-ci ildə ali təhsilin bakalavr pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisadiyyatın Tənzimlənməsi fakültəsinə daxil olub və 2005-ci ildə fərqlənmə ilə bitirib. 2005-ci ildə ali təhsilin magistr pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisasına daxil olub. 2007-ci ildə magistr pilləsini fərqlənmə ilə bitirərək magistr elmi dərəcəsi alıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun İqtisadi nəzəriyyə ixtisası üzrə aspiranturasına ( doktorantura) daxil olub və 2010-cu ildə aspirantura pilləsini bitirib. Aspiranturada oxuduğu müddətdə namizədlik dissertasiyası mövzusu üzrə elmi-tədqiqat işləri aparıb. Tədqiqatın nəticələrinə dair 20-yə yaxın məqalə və tezisləri dərc edilib. 2010-cu ildən etibarən maliyyə, audit və layihə idarəetməsi sahəsində peşəkar assosiasiyalara üzv olub və həmin assosiasiyaların sertifikasiya imtahanlarında iştirak edərək beynəlxalq sertifikatlarla təltif edilib. 01 sentyabr 2004-cü ildən Bank sistemində əmək fəaliyyətinə başlayıb. Bu sahədə çalışdığı 12 il ərzində mühasib-əməliyyatçı, Baş mühasibin müavini, Baş mühasib, Daxili audit departamentinin direktoru və Filial müdiri vəzifələrində işləyib. Bank sistemində çalışdığı müddətdə “Banklar haqqında” Azərbaycan Respublikasının qanunun 10-cu bəndinin tələblərinə uyğun olaraq bank inzibatçısı kimi 14 iyun 2007-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankında baş mühasib vəzifəsinə təyin olunmaq üçün, 08 iyun 2011-ci ildə isə Azərbaycan Respublikası Mərkəzi Bankında daxili audit bölməsinin rəhbəri kimi attestasiyadan keçərək müsbət rəy alıb. 10 yanvar 2018-ci ildən etibarən ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentində Maliyyə əməliyyatlarına nəzarət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işə başlayıb. 15 oktyabr 2018-ci ildən Maliyyə departamentinin Maliyyə hesabatları şöbəsinin baş mütəxəssisi, 21 noyabr 2019-cu ildən Maliyyə hesabatları şöbəsinin müdiri vəzifələrində çalışıb. 01 aprel 2021-ci il tarixindən Maliyyə departamentinin direktor müavini vəzifəsinə təyin edilib.

Emin Qocayev 8 avqust 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə orta təhsilini başa vurub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2008-2014-cü illərdə müxtəlif rayon məhkəmələrində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində, 2014-2015-ci illərdə “Nikoyl” İKB-nin Problemli aktivlərin idarə edilməsi departamenti və 2015-2018-ci illərdə “Turanbank” ASC-nin Problemli kreditlərin idarə edilməsi departamentində müxtəlif vəzifələrdə işləyib. 2018-2019-cu illərdə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentində Korporativ idarəetmə və müqavilələr şöbəsinin aparıcı və baş hüquqşünası, 2019-2021-ci illərdə Hüquq departamentində Qeydiyyat və məhkəmələrlə iş şöbəsinin müdiri vəsifəsində çalışıb. 8 sentyabr 2021-ci ildə Hüquq departamentinə direktor müavini vəzifəsinə təyin olunub.

Son xəbərlər
Oxşar xəbərlər