20 C
Baku
Friday, May 24, 2024

Azərbaycan Sənaye Korporasiyasında yeni direktor təyin edildi

Azərbaycan Sənaye Korporasiyası “Maliyyə” departamentinə yeni rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, maliyyə departamentininə bundan sonra Rövşən Məmmədov direktorluq edəcək.

Bundan əvvəl isə bu vəzifədə Fəxri Mehdiyev idi.

Rövşən Məmmədov 15 iyun 1975-ci ildə Astara şəhərində anadan olub. 1992-ci ildə Astara şəhər Ceyhun Babayev adına 3 saylı orta məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın İdarəedilməsi” fakültəsində ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Londonun “Chartered İnstitute of Management Accountants” institutunun beynəlxalq dərəcəli sertifikatını əldə edərək, “CİMA Certified Business Accountant” tituluna layiq görülüb.

İlk əmək fəaliyyətinə 1996-cı ildə “Hyatt Hotels Baku” şirkətində başlayıb və 2008-ci ilədək həmin şirkətin iaşə, mühasibatlıq, maliyyə şöbələrində müxtəlif vəzifələrdə çalışaraq, beynəlxalq idarəetmə, uçot və maliyyə standartları üzrə əlavə bilik və təcrübə qazanıb. 2008-ci ildə Qazaxstanın Aktau şəhərində yerləşən “Marriott Renaissance Hotel”-də Maliyyə Direktoru kimi iş fəaliyyətinə davam edib. 2010-cu ildə “Marriott” şirkəti tərəfindən Gürcüstanın Tbilisi şəhərində yerləşən “Marriott” otellərinə Klaster Maliyyə Direktoru vəzifəsinə təyin edilib. Bu şirkətdə çalışarkən ümumdünya maliyyə böhranı şəraitində idarəetmədə əldə edilən uğurlu nəticələrə görə müxtəlif təltiflərə layiq görülüb. 2011-ci ildə Bakıda tikilməkdə olan “JW Marriott Absheron” otelinin açılması məqsədilə həmin otelə Maliyyə Direktoru kimi transfer olunub. 2014-cü ildə ABŞ-ın “Trump Organization” şirkətindən Bakıdakı otel layihəsində Maliyyə Direktoru vəzifəsinə iş təklifini qəbul edərək, 2015-ci ilədək həmin layihədə çalışıb. 2015-ci ildə “Gilan Holdinq” şirkətində yeni yaradılan və ilkin olaraq 13 biznes vahidini özündə cəmləşdirən “Gilan Hospitality Group” otelçilik və turizm portfelinə Baş Maliyyə Direktoru vəzifəsinə təyin olunub. 2020-ci ilədək portfelə daxil olan biznes vahidlərinin sayı 22-yə çatdırılıb və rəhbərlik tərəfindən qoyulmuş hədəflərə nail olunub.

28 İyul 2020-ci il tarixindən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsinə təyin olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər