-3 C
Baku
Wednesday, February 28, 2024

“Azərbaycan Sənaye Korporasiyası”nın rəhbərliyinə ödənişlər kəskin artıb

2022-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) rəhbərliyinə ödənişlər (əmək haqqı, ixtiyari və digər qısamüddətli mükafatlar) 761 min manat təşkil edib.

Banker.az bu barədə ASK-ya istinadən xəbər verir.

Məlumata görə, bu, 2021-ci ilə nisbətən 55.6 % çoxdur.

O cümlədən, ötən il ASK-ya məxsus “Azəralüminium” MMC-nin rəhbərliyinə 75,8 min manat (illik müqayisədə 3,3 % az), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbərliyinin 78,85 min manat (21,9 % az), “Azəripək” MMC-nin rəhbərliyinin isə 75,1 min manat (11,8 % çox) ödənilib.

 

 

Son xəbərlər
Digər xəbərlər