31 C
Baku
Thursday, July 17, 2025

“Azərbaycan Sənaye Sığorta” və “Xalq Sığorta” barədə məcburi sərəncam verilib

Azərbaycan Mərkəzi Bankı iki sığorta şirkəti – “Azərbaycan Sənaye Sığorta” ASC və “Xalq Sığorta” ASC-yə icrası məcburi sərəncam verib.

Banker.az bunu AMB-yə istinadən xəbər verir.

Belə ki, AMB tərəfindən “Xalq Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “Xalq Sığorta” ASC-yə icrası məcburi sərəncam verilib.

AMB tərəfindən “Azərbaycan Sənaye Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “Azərbaycan Sənaye Sığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir.

Son xəbərlər
Digər xəbərlər