2 C
Baku
Monday, March 4, 2024

“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub

“Azərbaycan Sənaye Sığorta” ASC-nin daxili audit xidmətinə yeni rəhbər təyin edilib. Şirkətdən “Report”a verilən məlumata görə, bu vəzifəyə Kənan Qəniyev gətirilib.

O, bundan əvvəl “Atasığorta” ASC-nin daxili audit xidmətinin rəhbəri olub. K.Qəniyev yeni vəzifəsində Kənan Əsgərovu əvəz edib.

Xatırladaq ki, “Azərbaycan Sənaye Sığorta” 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Kənan Qəniyev

 

Son xəbərlər
Digər xəbərlər