12 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Azərbaycan Sənaye Sığorta”nın aktivləri azalıb

“Azərbaycan Sənaye Sığorta”nın 2019-cu ildə xalis mənfəəti 781 min manat olub. 2018-ci ildə isə sığorta şirkəti 2, 172 milyon manat zərər etmişdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərbaycan Sənaye Sığorta” şirkətinin cəmi gəlirləri 6 milyon 842 min manat, cəmi xərcləri isə 5 milyon 866 min manat olub.

2019-cu ildə sığorta şirkətinin cəmi aktivləri 18,481 milyon manat olub ki, bu da illik müqayisədə aktivlərinin 1,3% azalması deməkdir.

“Azərbaycan Sənaye Sığorta” şirkətinin 2019-cu ildə öhdəlikləri 6,177 milyon manat (illik müqayisədə 14% azalma), balans kapitalı isə 12,303 milyon manat ( illik müqayisədə 7% artım) olub.

Son xəbərlər
Oxşar xəbərlər
X