30 C
Baku
Friday, July 19, 2024

“Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb

“Azersun Holding” MMC-yə yaxın olan “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavinilərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, İdarə Heyəti Sədrinin müavini Samir Rəhbər oğlu Məmmədov vəzifəsindən ayrılıb.

Bununla da İdarə Heyəti sədrlə bərabər bir müavin və bir üzv var idi.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər