12 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Azərbaycan Sənaye Sığorta”nın maliyyə vəziyyətinə nəzarət edən şəxslər dəyişib

“Azərbaycan Sənaye Sığorta” şirkətində Təftiş Komissiyasının tərkibində dəyişiklik edilib.

Banker.az xəbər verir ki, Qalib Rəhimov Təftiş Komissiyasının Sədri təyin edilib. O, həmçinin hal-hazırda Azərbaycan Sənaye Bankında Audit Komitəsinin üzvüdür.

Eyni zamanda, sığorta şirkətində baş mühasib vəzifəsinə Pərviz Cavanşir oğlu Quliyev təyin olunub. Buna qədər isə baş mühasib vəzifəsində Gülmira Cavanşir qızı Quliyeva idi.

Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” şirkətinin nizamnamə kapitalı 11 milyon manatdır və qanuni təmsilçisi Orxan Əfəndiyevdir.

Son xəbərlər
Oxşar xəbərlər