26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov finala yüksəlib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxıb.

37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Məmmədyarov adını finala yazdırıb.

O, həlledici görüşdə digər yarımfinal matçında norveçli dünya çempionu Maqnus Karlsenə 3:1 hesabı ilə qalib gələn polşalı Yan Kşiştof-Duda ilə münasibətlərinə aydınlıq gətirəcək.

Son xəbərlər
Digər xəbərlər