16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Azərbaycan Sankt-Peterburqda Şərab Evi açacaq

faizlere

Noyabrın sonu-dekabrın əvvəlində Sankt-Peterburqda Azərbaycan Şərab Evinin açılması planlaşdırılır. Bu barədə  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

“Hazırda bu istiqamətdə işlər görülür və düşünürəm ki, noyabrın sonu-dekabrın əvvəlində Sankt-Peterburqda Şərab Evinin açılışı olacaq”, – deyə o, bu gün mətbuat konfransında bildirib.

Y.Abdullayev, həmçinin qeyd edib ki, ilin sonunadək Azərbaycan şirkətlərinin Rusiya, Çin və BƏƏ-yə ixrac missiyaları təşkil ediləcək.

“Bu il 6 ölkəyə 7 ixrac missiyası təşkil edilib”, – deyə o bildirib.

2019-cu ilin iyul ayında Azərbaycan Yekaterinburqda (Sverdlovsk vilayəti) Şərab Evi açıb.

2019-cu ilin I yarısında Azərbaycan $2 mln. 987,5 min dəyərində 231,33 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 27,3%, dəyər ifadəsində 25,2% azalıb.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 6 ay ərzində bu ölkəyə $2 mln. 448,1 min dəyərində (azalma 30,8%) 217,48 min dekalitr (azalma 23,5%) şərab ixrac edilib.

2018-ci ildə Azərbaycan $7 mln. 561,96 min dəyərində şərab və üzüm suslosu ixrac edib.

2018-ci ildə Azərbaycanda 1,5 mln. dekalitr şərab məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsalın həcmi 48,9% artıb.

Şərab məhsullarının ixrac həcminin 2026-cı ilədək 1,875 mln. dekalitrədək artırılması qarşıda duran vəzifələrdən biridir.

©İnterfaks-Azərbaycan

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər