Azərbaycan sığorta bazarında bu il ən çox ödəniş edən şirkətlər – Renkinq

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin aprel ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

2021-ci ilin aprel ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 87 milyon 592 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Dövlət Sığorta Kommersiya”dır (32 milyon 93 min manat).

Üçüncü yerdə 19 milyon 677 min manat olmaqla “PAŞA Sığorta” şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 13 milyon 385 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 6 milyon 940 min manat.

Ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Bakı Sığorta” (174 min manat), “İpək Yolu Sığorta” (137 min manat), “Naxçıvansığorta”  (90 min manat)  və “Xalq Həyat” sığorta şirkəti (73 min manat) olub. “Aqrar Sığorta” və “Meqa Həyat Sığorta” isə sığorta ödənişi həyata keçirməyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.