17 C
Baku
Wednesday, October 5, 2022

“Azərbaycan Sığortaçılar Assosiasiyası”nın icraçı direktoruna müşavir təyin olunub

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin icraçı direktoruna müşavir təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifə jurnalist Məmməd Ağayevə həvalə olunub.

O, bundan əvvəl bir sıra media qurumlarında çalışıb, o cümlədən “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin redaktoru olub.

M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TIMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəridir.

Son xəbərlər
Oxşar xəbərlər