Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib ki, Bakı silahı yerə qoyan Qarabağ ermənilərinə mümkün amnistiya imkanlarını nəzərdən keçirir.
Hikmət Hacıyev eyni zamanda qeyd edib ki, bəzi ayrı-ayrı ordu qrupları və zabitləri Bakının şərtlərini qəbul etməyəcəklərini və müqavimət göstərməkdə davam edəcəklərini açıq şəkildə bəyan ediblər.
Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dağlıq Qarabağdakı əməliyyatda bütün məqsədlərə nail olunduğunu bildirib və İrəvanı regionda münaqişəyə hərbi yolla son qoymaqda ittiham edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh münasibətləri qurulmalıdır.





