8 C
Baku
Wednesday, November 30, 2022

Azərbaycan Sinqapurun korrupsiyaya qarşı mübarizə təcrübəsini tətbiq etmək istəyir

Azərbaycanın Baş prokuror Kamran Əliyevin Sinqapurun Baş prokuroru Lüsyen Vonqla görüşü keçirilib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, görüş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağı çərivəsində Tbilisidə işgüzar səfər zamanı baş tutub.

Kamran Əliyev həmkarına ölkəmizin Sinqapurun korrupsiyaya qarşı mübarizədə əldə olunmuş müsbət nailiyyətlərin gələcəkdə öyrənilməsi və təcrübədə tətbiq edilməsində maraqlı olduğunu bildirib. Lüsyen Vonq ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişaf etməsindən məmnun olduğunu bildirib.

Görüşdə iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair razılıq əldə edilib.

Son xəbərlər
Digər xəbərlər
X