4 C
Baku
Saturday, February 24, 2024

Azərbaycan şirkəti 13%-lə istiqraz buraxır

Azərbaycanda çap avadanlıqları icarəsi, texniki xidməti və s bu kimi xidmətləri həyata keçirən “MAX” MMC istiqraz buraxır.

Banker.az xəbər verir ki, şirkət hər biri 1000 manat olan istiqraz buraxacaq və istiqrazların ümumi sayı 500 ədəd təşkil edəcək.

Şirkət istiqrazları illik 13% ilə 24 ay müddətində cəlb etməyi planlayır.

“MAX” MMC 2020-ci ildə 163 min, 2021-ci ildə 461 in, 2022-ci ildə 518 min manat xalis mənfəət edib.

Xatırladaq ki, “MAX” MMC 2004-cü ildə təsis edilib. Şirkətin 2000 manat nizamnamə kapitalı var. Nizamnamə kapitalının 73.99%-i “MAX” Gürcüstama, 25.01%-i “PAŞA İnvestment” MMC-yə və 1%-i Anar Abasov Alik oğluna (şirkətin direktoru) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər