29 C
Baku
Thursday, July 25, 2024

Azərbaycan şirkəti biyan ixracından $1.3 milyon gəlir əldə edib

Azərbaycan biyan şirəsi və ekstraktının həcmini yenidən gücləndirib.

Banker.az xəbər verir ki, cari ilin ilk altı ayı ərzində xaricə 130.2 tonhəcmində biyan ekstraktı ixrac edib. Azərbaycan bu məhsulu yalnız Yaponiyaya satır. Biyanın ixracından sonra Azərbaycan xaricdən 1 milyon 258.8 min dollar gəlir əldə edib.

Biyanın ixracının həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə kəskin yuxarıdır. Öncəki ildə ixrac demək olar ki, dayanmışdı və cəmi 0.03 ton həcmindəekstrakt ixrac edilmişdi. 2021-ci ilin eyni dövründə 91.2 ton və ya 923.9 min dollarlıq bu dərmandan ixrac edilib

Lakin ölkə ərazisində ixrac 2014-cü ildən başlanıb. İxrac əsasən Yaponiya və Çinədir. Bu ölkələr də öz növbəsində dünya üzrə ən böyük biyan ekstraktı idxalçılarındandırlar. Baxmayaraq 4 il öncədən bildirilir ki, ixrac İsarilə də mümkün olacaq, hələ ki, ixrac olmayıb.

Biyan paxlakimilər fəsiləsinə aid çoxillik dərman bitkisidir. biyan kökünün əkin sahəsinin dünyada böyük bir ərazidə yayılmasına baxmayaraq, irihəcmli hasilat əsasən Çin və İranın payına düşür.

Qeyd edək ki,  bu məhsul “Biyan Products” MMC-yə məxsus olan ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə Biyan Tədarükü və Emalı Zavodu, Bitki Ekstraktı və Sirop Zavodunda istehsal edilir.

Son xəbərlər
Digər xəbərlər