8 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Azərbaycan şirkəti COVID-19-u aşkar edən testlər istehsalına başladı

Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin şpris istehsalı müəssəsində koronavirusu aşçkar edən testlər istehsal ediləcək.

Bu barədə Banker.az-a İqtisadiyyat Nazirliyindən bildirilir.

Müəssisə məhsul çeşidlərinin sayını artıraraq, hazırda birdəfəlik şprislərlə yanaşı, digər tibbi məhsulların da istehsalını həyata keçirir. Belə ki, artıq “Diamed Co” MMC tərəfindən cari ilin 3-cü rübündən etibarən yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun COVİD 19 PZR testlərinin (testin həssaslığı 9 copy, kantaminasiya riski təmamilə olmayan) və COVİD 19–un mutasiyaları testlərinin aparılması üçün istifadə olunan reagentlərin istehsalına başlanılıb.

Qeyd edək ki, “Diamed Co” MMC 2017-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində tikilmiş zavodda İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir. Hazırda müəssisədə insulin şprislər, 1, 2, 5, 10, 20, 50 qramlıq şprislər, infuziya dəstləri, IV kanulaları, kəpənəklər istehsal edilir. Müəssisədə iş rejimi iki növbəlidir və 60-dək insan daimi işlə təmin edilib. Şpris istehsalı müəssəsi fəaliyyətə başlayandan indiyədək 9 milyon manatlıq satış həyata keçirilib.

Son xəbərlər
Oxşar xəbərlər
X