13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Azərbaycan şirkəti fındıq tədarükündən $800 min qazanacaq

faizlere

Azərbaycan şirkəti 28-ci “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində $800 min dəyərində müqavilə imzalayıb. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

“28-ci “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində Azərbaycan şirkəti 132 ton fındığın tədarükü haqqında $800 min dəyərində müqavilə imzalayıb”, – deyə o,  bildirib.

Lakin Y.Abdullayev təchizatçı şirkətin adını açıqlamayıb.

Xəbər verildiyi kimi, 24-27 sentyabr tarixlərində keçirilən sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur. Vahid ölkə stendinin ümumi sahəsi 415 kvadratmetrdir.

©Interfaks-Azərbaycan

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər