Azərbaycan şirkəti Monteneqroya 1 milyard avroya yaxın vəsait yatırır

0

Azərbaycanın “Azmont İnvestments” şirkəti Monteneqroda “Portonovi Resort Montenegrо” çoxməqsədli kurortun inşası layihəsinə 900 mln. avrodan artıq vəsait yatıracaq. Bunu baş nazir Duşko Markoviç deyib.

“Bu, Monteneqroda reallaşdırılan ən iri layihədir. “Azmont İnvestments” bu layihəyə 900 mln. avrodan artıq vəsait yatıracaq”, – Markoviç bu gün Bakıda jurnalistlərə bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Öncə layihə 650 mln. avro həcmində qiymətləndirilirdi.

Xəbər verildiyi kimi, “Portonovi Resort Montenegrо” çoxməqsədli kurortun birinci mərhələsi “Portonovi Village” və “Marina Residence” apartamentlərin istifadəyə verilməsi ilə 2019-cu ildə açılacaq.

Portonovi kurortu 50-dən artıq lüks villa və 200-dən çox mənzilin yerləşdiyi 26 hektar ərazini əhatə edir. Kurorta, həmçinin Marina Residence, D-Marina Portonovi Marina, Village Residences və digər obyektlər də daxildir. Evlərdə mənzillərin bir hissəsinin icarəyə verilməsi planlaşdırılır.

Kurortda mənzilin bir kvadratmetrinin orta qiyməti təxminən 8 min avro, minimal qiyməti isə 6 min avro təşkil edəcək.

İnterfax Azərbaycan