28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan şirkəti nizamnamə kapitalını yarım milyon manat azaldır

“Ground Technical Support” MMC nizamnamə kapitalını azaldır.

Banker.az xəbər verir ki, nizamnamə kapitalının 940 000  manatdan 400 000 manata azaldıldığını elan edir.

Kreditorlar “Ground Technical Support” MMC-yə qarşı olan tələblərini 1 ay ərzində ərzində Bakı şəhəri, AZ1033, Nərimanov rayonu, Həsənoğlu, ev B.4A ünvanına ünvanlaya bilərlər.

“Ground Technical Support” MMC sentyabr 2021-ci il tarixində yaradılıb. Yaradıldığı ilk gündən müstəqil, eləcə də dünyanın aparıcı raket-artilleriya silahları, zirehli tank texnikaları, avtomobil texnikaları, müxtəlif trenajor kompleksləri, elektron avadanlıq, elektrik qida mənbələri istehsalçıları ilə müştərilərin tələblərinə uyğun olaraq Quru Qoşunlarının silah və texnikalarının yerləşmə yerlərində, həmçinin şirkətin “Texniki Xidmət və Təmir mərkəzi”nin bazasında yüksək keyfiyyətli və səmərəli servis xidməti, habelə təmir və modernləşdirmə (köhnə nümunələrin yenilənməsi) proseslərini həyata keçirir.

 

Son xəbərlər
Digər xəbərlər