14 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycan şirkəti Qırğızıstanda 5 ulduzlu hotel inşa edəcək

Azərbaycan şirkəti Qırğızıstanda 5 ulduzlu hotel inşa edəcək. Bu barədə Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev məlumat verib.

“Prezident (Qırğızıstanın – İF) Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və Azərbaycan tərəfi İssık-Kulda 5 ulduzlu hotel tikəcək. Yaxın zamanda saziş imzalanacaq. O cümlədən, Özbəkistana və Qazaxıstana öz pansionatlarımızı təqdim etmişik, bu səbəbdən hazırda həmin pansionatların 5-4 ulduzlu pansionatlar səviyyəsinə çatdırılması nəzərdən keçirilir”, – Amangeldiyev “Birinci radio”ya verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, Qırğızıstanda hotel nömrələri fondunda qıtlıq var.

Son xəbərlər
Digər xəbərlər