26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Azərbaycan şirkəti yerli istehsalı artırıb, xaricə satışına başlayır

Screen Shot 2021 09 02 at 14.34.20

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SumPlast” MMC istehsal həcmini artırıb. 

Banker.az xəbər verir ki, İndiyədək şirkət tərəfindən 5 milyon manata yaxın satış həyata keçirilib. İstehsal olunan məhsullar daxili bazara çıxarılır və daha çox Azərikimya İstehsalat Birliyinin və “SOCAR Polymer” MMC-nin istehsal məhsullarının qablaşdırılmasında istifadə edilir.

Bundan başqa “SumPlast” MMC tərəfindən məhsullarının xarici bazarlara ixracı istiqamətində danışıqlar aparılır və nümunə üçün məhsullar artıq bir sıra Avropa ölkələrinə təqdim edilib.

Qeyd edək ki, “SumPlast” MMC 2017-ci ilin dekabrında Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və 2020-ci ildə istehsal fəaliyyətinə başlayıb. Müəssisədə Almaniya texnologiyası əsasında FFS filmlərin (polietilen kisələr) istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 3,3 milyon ABŞ dolları olan müəssisədə 30 nəfər daimi işlə təmin edilib.

 

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər