Azərbaycan qoyduğu sərmayəyə görə Gürcüstanda liderdir – $3 mlrd investisiya yatırıb

0

Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox investisiya yatırıb. Azərbaycan şirkətləri qoyduğu sərmayəyə görə Gürcüstanda lider mövqedədir.

Bu barədə sentyabrın 17-də jurnalistlərə müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nazir qeyd edib ki, Gürcüstanda 700-dən Azərbaycan şirkəti, ölkəmizdə isə 300-dən çox gürcü şirkət fəaliyyət göstərir: “Gürcüstan şirkətləri üçün ölkəmizdə münbit şərait yaradılıb. Azərbaycan və Gürcüstan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir. Azərbaycan şirkətləri Gürcüstanda ən iri vergiödəyiciləri sırasındadır. Hesab edirik ki, hər iki ölkənin potensialı əldə etdiyimiz uğurları daha da artırmağa böyük imkan yaradır”.

©Azərtac