20 C
Baku
Thursday, May 30, 2024

“Azərbaycan şirkətləri xaricdən gələn məhsulların fonunda zərərə uğrayırlar”

“Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından sonra onlayn satış ayrıca kanal kimi formalaşıb”.

Bunu ölkənin aparıcı holdinqlərindən birinin baş icraçı direktoru Savaş Uzan “Baku International CEO Summit”də “Yeni istehlakçı mənzərəsi” adlı panel müzakirəsində bildirib.

“Bu gün istehlakçılar geyim, kosmetika və digər məhsulları mağazalarda yoxlayır, özlərinə uyğun olub-olmasına baxırlar, lakin həmin məhsulları xaricdən – onlayn platformalardan sifariş edirlər. Azərbaycan şirkətləri xaricdən gələn məhsulların fonunda zərərə uğrayırlar. Onlayn alış-verişin genişlənməsi həyatımızın reallığıdır.

Son 30 ildə Azərbaycanda çox dəyişikliklər baş verib. 90-cı illərdə Azərbaycan istehlakçısının alış-veriş mərkəzləri bazarlar və açıq bazarlar, topdansatış mərkəzləri idi. Çox az sayda mağaza var idi. 2000-ci illərdə iri marketlər açılmağa başladı. 2010-cu illərdə mağazanın içində qərar verməyə kömək edən marketinq formalaşdı. Lakin pandemiyadan sonra çox məsələlərdə əsaslı dəyişikliklər oldu. Pandemiya onlayn alış-verişin önəmini artırdı. 2020-ci ildən 2 il yarım keçib, amma onlayn alış-veriş trendi zəifləməyib. Bu, ayrı bir satış kanalı olaraq formalaşıb. Azərbaycan istehlakçısının 96 %-nin interneti var. Bu 96 %-dən yalnız 33 % qidanı onlayn almaq istəyir. Lakin biz gördük ki, qida sektorunda onlayn alış-veriş etmək istəyən istehlakçılar bu sahədə onlayn xidmətlər göstərən saytların fəaliyyətindən xəbərsizdirlər. Bu kimi onlayn xidmətlər təbliğ edilsə, onlayn alış-veriş daha da inkişaf edəcək”, – o qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər