Azərbaycan şirkətlərinin nümayəndələri Moskvaya səfər edəcəklər

Moskva şəhəri

Məhsulların, ətirlərin, geyimlərin, mebellərin və tikinti materiallarının distribusiyası üzrə ixtisaslaşan Azərbaycandan 10 şirkət nümayəndələri məhsul idxalı imkanlarını müzakirə etmək üçün Moskva vilayətinə səfər edəcəklər.

Moskva vilayətinin İnvestisiya və İnnovasiya Nazirliyinin və Moskva vilayətinin Xarici İqtisadi Əməliyyatlara Dəstək Fondunun yardımı ilə həyata keçiriləcək səfər noyabrın 20-21-də baş tutacaq.

Qeyd olunur ki, “GREENSTREAM”, “ARCCONSTRUCTION”, “Guzale”, “MatanatA”, “Aymar Company”, “AJArabia Enterprise”, “Riza-zadaNargiz”, “SavvyBureau”, “Farko” kimi böyük şirkətlərin nümayəndələri qida, kənd təsərrüfatı məhsullarının, tikinti qurğularının və alətlərinin, mebellərin, qablaşdırma məhsullarının, parfümeriya və kosmetik məhsulların, eləcə də qarğıdalı yarması, düyü unu və aromatizatorlar kimi istehsal üçün xammalların idxal imkanlarını müzakirə edəcəklər.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları