1 C
Baku
Thursday, February 9, 2023

Azərbaycan son 7 ildə siqaretlə xaricə axan $223 mln. valyutanı $2.5 mln.-a endirib – Bu necə baş verib?

BANKER.AZ — Azərbaycanda hökumətin siqaretə qarşı tətbiq etdiyi rüsumlar və eləcə də daxili istehsaldakı artım yerli idxal şirkətlərini xaricdən onu idxal etmək marağını azaldır.

Azərbaycan 2022-ci ilin ilk 9 ayında xaricdən 138 milyona yaxın siqaret idxal edib. Bu 2021-ci ildə 629 milyon ədəd idi. Belə ki, illik müqayisədə 78 faiz azalıb. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilir.

İdxal edilmiş siqaretlərin ötən ilin ilk 9 ayında dəyəri $13.37 milyon olduğu halda, cari ildə bu rəqəm $2.5 milyon olub.

İdxalın həcmi ilbəil kəskin fərqlə sıfıra doğru hərəkət edir.

Azərbaycan artıq 2015-ci ildə ard-arda baş vermiş milli valyuta devalvasiyasından sonra ixracda yer alan bu yük üçün “proteksionist” yanaşma ortaya qoydu. Məsələn, 2015-ci ildə Azərbaycan xaricdən  8 milyard 832.4 milyon ədəd siqaret idxal etmişdi və buna görə ölkədən xaricə 223.9 mln. dollar valyuta çıxmışdır. Həmin dövrdə ölkənin təkcə buğda xərci az qala buna bərabər idi (224.8 mln. dollar).

955959589589589

Bu illər ərzində hökumət siqaretlərə tətbiq edilən gömrük və aksiz vergilərini artırdı və ölkə daxilində qiymətlərə təsir etməklə yerli istehsala marağı artırdı. Daxildə tütünün istehsalı və eləcə də siqaretin istehsalı üçün müəssisələrin genişlənməsi nəticəsində idxaldan azalmanı əvəzləyə bilib.

İlin ilk üç rübləri üzrə Azərbaycanda tütün istehsalına baxaq:

Tarix  mln. Ədəd
2018      2,577.60
2019      4,443.80
2020      5,764.60
2021    10,395.50
2022      9,922.04

 

Cədvəldən göründüyü kimi ölkə daxilində siqaretin istehsal həcmi 4 dəfədən çox artıb. 2022-ci ilin ilk 9 ayında Azərbaycanda 9 milyard 922 milyon ədəd siqaret istehsal edilib. Beləliklə, bazarda 10 milyard 60 milyon ədəd siqaret yaranır ki, bunun da 98.6%-i daxili istehlakın hesabına baş vermiş olur.

 

Son xəbərlər
Digər xəbərlər
X