21.7 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Azərbaycan spot qazı 3 illik müqavilələrlə Türkiyə şirkətlərinə satılacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) təbii qazın spot ticarəti ilə bağlı yeni qərarına əsasən, qazın idxalı üçün artıq 1 illik deyil, ardıcıl 3 illik həcm müraciəti edilə biləcək.

Bu barədə türk mətbuatına istinadən xəbər verilir.

Belə ki, əvvəlki illərdə hər qaz ilindən əvvəl, idxal giriş nöqtələrində yalnız müvafiq qaz ili üçün və sadəcə 1 illik müraciət edilə bilirdi. Yeni qərarla təbii qazın spot tədarükü üçün ardıcıl 3 ilik müraciət etmək olacaq.

EPDK-nın yeni qərarı ilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə təbii qaz idxal edilən giriş nöqtələrindən – Türkgözü, TANAP Seyitgazi və TANAP Trakyadan, 2022, 2023 və 2024 qaz illəri üçün illik spot qaz idxalı elanları veriləcək.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər