-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Azərbaycan startapı dezinfeksiya cihazının istehsalına başlayır – FOTO

Azərbaycanın “Sumaks” startap şirkəti dezinfeksiya cihazının istehsalına başlayır.

Bunu şirkətdən deyiblər.

Şirkətdən bildirilib ki, “Bənövşəyi” adı ilə istehsal olunacaq bu cihaz gündəlik istifadə edilən əşyaların (pul, cüzdan, saat, telefon və s.) dezinfeksiyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, cihazın üzərində olan ekran vasitəsilə tənzimləmələr apara, hər bir əşya üçün lazım olan dezinfeksiya müddətini təyin etmək mümkün olacaq.

“Bu həftənin sonunadək cihazla bağlı işlər tamamlanacaq, gələn həftədən etibarən isə istehsal prosesinə start veriləcək”, – deyə şirkətdən bildirilib.

startap.jpeg1startap.jpeg2

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər