26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan stolüstü kompüterlərin yerli istehsalını 26 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 101.8 milyon manatlıq məhsul istehsal olunub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilk 6 ayda kompüter, elektron və optik məhsulların istehsalı illik müqayisədə 2.5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 60.6 % artıb.

Hesabat dövründə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26.3 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 49 %, məişət soyuducularının istehsalı isə 46.4 % artıb.

Son xəbərlər
Digər xəbərlər