31 C
Baku
Saturday, July 13, 2024

“Azərbaycan tərəfindən əlavə yanacağın ayrılması yüksək qiymətləndirilir”

Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda qeyd edilir ki, Ukrayna Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət ayırır. Bildirilir ki, Ukrayna Hökuməti Azərbaycan Hökuməti ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata keçirilməsinə hazırdır.

Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardımın, həmçinin Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılması yüksək qiymətləndirilir.

Məktubda Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər