28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan taksi xidmətlərinin ucuzluğuna görə lider mövqelərdədir

Azərbaycanda taksi dünyada ən ucuz xidmətlərdən biridir.

Bu barədə “Numbeo” məlumatlar bazasının reytinqinə istinadən məlumat verilir.

Qeyd olunur ki, Azərbaycanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,44 dollar təşkil edir.

Taksi xidmətlərinin ən bahalı olduğu ölkə isə İsveçrədir. Burada bir kilometr məsafə üçün qiymət 4,15 dollar təşkil edir. Yaponiyada sərnişinlər bir kilometr üçün 3,63 dollar, Salvadorda isə 3 dollar təşkil edir.

MDB məkanında Özbəkistanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,2 dollar, Rusiyada 0,23, Qazaxıstanda 0,35 dollara bərabərdir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər