28 C
Baku
Sunday, July 14, 2024

Azərbaycan Tibb Universitetinin Klinikasına yeni direktor təyin edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib.

Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Nazim oğlu Paşayev Klinikanın direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Cavid Paşayev 2001-2007-ci illərdə ATU-nun Müalicə – profilaktika fakültəsində müalicə işi üzrə təhsil alıb. O, 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə “Anesteziologiya-reanimasiya” ixtisası üzrə internatura keçib. 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-2014-cü illərdə isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq olaraq çalışıb. Daha sonra C.Paşayev 2014-2021-ci illərdə fəaliyyətini ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi davam etdirib. O, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasında assistent, 2021-2022-ci illərdə isə Bakı Sağlamlıq Mərkəzində Baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

2022-2023-cü illərdə Cavid Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yeni təyin olunmuş direktoru bu gün kollektivə təqdim edilib.

Xatırladaq ki, C.Paşayev könüllü olaraq Vətən Müharibəsində yaralanan hərbi qulluqçulara tibbi yardım göstərilməsində iştirakı, eyni zamanda COVID-19 pandemiyasına qarşı mübarizədə xidmətlərinə görə “Fəxri Fərman”la və “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif olunub.

Son xəbərlər
Digər xəbərlər