28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan turizm balansdakı kəsir $110 mln.-a çatdı

2022-ci ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.9 dəfə artaraq 739.6 mln. dollar təşkil etmişdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (424.8 mln. dollar) ixracı (314.8 mln. dollar) üstələməsi nəticəsində 110 mln. dollar həcmində kəsir yaranmışdır. İlin birinci rübündə kəsir 75.5 mln. dollar idi.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.3 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.3 dəfə artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 424.8 mln. dollar olmuşdur. Bunun 83.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər
Digər xəbərlər