Azərbaycan Türkiyə aktivlərini əldə etdi

0

Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb.

SOCAR-dan verilən məlumata əsasən, 2019-cu ilin yanvarında satınalma sənədləri imzalanan və hazırda bu məsələyə dair bütün razılıqların əldə olunduğu 5 şirkət artıq STAR neft emalı zavodu, TANAP, “Petkim”, “SOCAR Terminal” və Petkim Külək Enerjisi Stansiyasının (KES) da daxil olduğu “SOCAR Turkey” in nəzdində fəaliyyət göstərəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bursagaz” və “Kayserigaz” ilə birlikdə satın alınan şirkətlərin enerji sektorunda “SOCAR Turkey”in gücünü artıracağını bildirən “SOCAR Turkey”in İdarə Heyətinin sədri Vaqif Əliyev qeyd edib ki, SOCAR uzun illərdir Azərbaycanda və Tbilisi istisna olmaqla bütün Gürcüstanda qazpaylanma fəaliyyətini həyata keçirir: “Müştəri məmnuniyyətini ön plana çəkərək, bu sahədə təcrübəmizi Bursa və Kayseriyə də gətirəcəyik. Əməliyyat istiqamətlərimiz arasında təbii qaz xüsusi yer tutur. Bu istiqamətdə genişlənməyi düşünürük və imkanları bundan sonra da dəyərləndirməyə davam edəcəyik”.

Satın alınan şirkətlər arasında telekommunikasiya sektoruna aid “Millenicom”un da olduğunu xatırladan V. Əliyev bu şirkətin tikintisi TANAP ilə birlikdə davam edən 1.850 kilometrlik SOCAR Fiber layihəsi ilə sinerji yaradacağına əminliyini ifadə edib.