26 C
Baku
Monday, June 27, 2022

 “Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq güclənir”

“Birgə hərbi təlimlər Azərbaycan, Türkiyə və Pakistan arasında davam edən üçtərəfli əməkdaşlığın bir hissəsidir”.

 

Bunu Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hai Pakistanın müstəqilliyinin 74 illiyinə həsr olunmuş tədbirdə deyib.

 

“Bildiyiniz kimi, üçtərəfli əməkdaşlıq çərçivəsində bir çox forum və tədbir keçirilib. Gələn ay Pakistan və Türkiyənin xüsusi təyinatlıları birgə təlimlər keçirmək üçün Bakıya gələcəklər. Üç ölkə arasında əməkdaşlıq uzun müddətdir davam edir və getdikcə daha da güclənir. Bu əməkdaşlıq bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlib”, – səfir bildirib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər