23 C
Baku
Monday, June 9, 2025

Azərbaycan Türkiyədən $20 mln.-luq geyim alıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 20,09 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,5 % azdır.

Təkcə mayda Türkiyə Azərbaycana 4,525 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,7 % azdır.

5 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % azalaraq 6,929 milyard ABŞ dollarına, mayda isə 7,3 % azalaraq 1,52 milyard ABŞ dollarına enib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər