12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Azərbaycan Türkiyəyə $2 mlrd. dəyərində təbii qaz satıb – payı 70%-i ötdü (SİYAHI)

Ötən il ərzində Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 4 mlrd. 509,5 mln. ABŞ dolları təşkil edib.

Banker.az bildirir ki, bu 2018-ci illə müqayisədə, 2019-cu ildə 32% daha çox artıma nail olması deməkdir.

Azərbaycan ötən Türkiyədən 1 milyard 646,8 milyon dollarlıq mal idxal edib, 2 milyard 862,7 milyon dollarlıq məhsul idxal edib ki, bu da 1 milyard 215,9 milyon dollarlıq müsbət ticarət saldosunun ölkəmizin xeyrinə yaranması deməkdir.

Azərbaycan Türkiyəyə ötən il ərzində 9 milyard 794,98 mln. kub metirlik təbii qaz satıb. Bu satışdan Azərbaycan ümumilikdə  2 milyard 12,65 milyon dollarlıq gəlir əldə edib. Maraqlı bir məqam, Azərbaycandan Türkiyəyə ixrac dəyərində təbii qaın payı 70,3% təşkil etmişdir. Bu məsələn, 2018-ci ildə- 69,6% təşkil edirdi.

Azərbaycan 2019-cu il ərzində təbii qazı ortalama 205 $/1000 m3 dəyərində ixrac edib, lakin, bu 2018-ci ildə 211 $/1000 m3 dəyərindən yuxarı həddə ixrac etmişdi.

Türkiyəyə satılan ümumi neftin həcmi öncəki illə müqayisədə 2 dəfə (99%) artırılmaqla 970 min ton (DSK bunu barellə deyil, tonla hesablayır) olmuşdur. İxrac olunan xam neftin (crude oil) ümumi dəyəri  417,09 milyon dollar təşkil edib.

4

Son xəbərlər
Oxşar xəbərlər