28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Türkiyəyə heyvan dərisi ixracını iki dəfə artırıb

Azərbaycan bu il xaricə iribuynuzlu heyvan gönündən aşılanmış dəri ixracını kəskin artırıb.

Banker.az xəbər verir ki, bu barədə rəsmi statistik rəqəmlərdə bildirilir.

Belə ki, 2024-cü ilin birinci rübündə 101.44 min ədəd və ya 2 milyon 725.6 min dollarlıq dəri ixrac edilib. Bu da illik müqayisədə 2 dəfədən çox artımdır. 2023-cü ilin eyni dövründə cəmi 38.8 min ədəd və ya 996.7 min dollarlıq dəri ixrac edilmişdi.

İxracda yenə də ən böyük pay (91%) Türkiyəyə düşür. Öncəki ildə yalnız Türkiyə Azərbaycandan dəri idxalı etmişdi.

Ölkə Miq., min əd. Dəy, min $
  Türkiyə 90.47 2492.05
  Hindistan 7.37 125.9
  İran 3.6 107.62

 

Son xəbərlər
Digər xəbərlər