8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycan Türkmənistan neftini almağa başlayıb – rəsmi mənbə

Azərbaycan 2022-ci ilin yanvarında Türmənistandan aldığ neftin hasilatını artırıb.

Banker.az rəsmi mənbələrə istinadən xəbər verir ki, 2022-ci ilin ilk ayında Türkmənistandan Azərbaycana 30.73 min ton, yaxud 224 min barrel həcmində xam neft idxal edilib.

İdxal edilmiş xam neftin dəyəri isə 17.12 mln. ABŞ dolları təşkil edib ki, bu da ortalama hər barelinin 74.4 dollar olması deməkdir.

Azərbaycan hazırda neft alışlarını spot müqavilələri ilə etdiyini nəzərə alsaq, 2022-ci ilin yanvarında dünya bazarlarında fyuçersi müqavilələri üzrə Brent neftin qiyməti 86.51 dollar təşkil edirdi.

Ötən ilin aprelində Türkəminstandan 224 min barrel neft (14.22 mln. dollar) edilsə də, sonradan 6 ay idxalda pauza yarandı. 2021-ci ilin noyabrında 423 min barrel (36.23 mln. dollar), dekabrında isə 25.1 min barrel (2.09 mln.) dollar neft idxal edilmişdi

324234234232423423

Son xəbərlər
Digər xəbərlər