18 C
Baku
Saturday, May 25, 2024

Azərbaycan Türkmənistan və Qazaxıstandan yenidən xam neft almağa başladı

Azərbaycan Türkmənistandan son 7 aylıq, Qazaxıstandan isə 10 aylıq fasilədən sonra xam neft idxal edib.

Banker.az bunu rəsmi statistik göstəricilərə istinadən xəbər verir.

Belə ki, fevral ayında tankerlər Türkmənistandan Azərbaycana 30 574 tonluq xam neft çatdırıblar. İdxal edilmiş xam neftin dəyəri isə 17.33 mln. ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin avqustundan bu tərəfə yaranmış fasiləni ilk dəfə dayandırmaqdır.

Qazaxıstandan isə fevralda 28 804 ton və ya $18.97 mln. xam neft idxal edilib. Bu isə 2023-cü ilin aprelindən bu tərəfə ilk idxaldır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk iki ayında Azərbaycan yeganə müştərisi olduğu MDB ölkələrindən 185 702 ton və ya $106.04 mln. xam neft alıb.

Türkmənistandan xam neftin bir tonu 566.68 dollara (~77.07$/bll), Qazaxıstandan 658.61 dollara (~89.57$/bll), Rusiyadan isə 552.1 dollara (~75.09 $/bll) idxal edilib.

Banker.az olaraq xatırladırıq ki, fevralda bençmark Brent neftinin bir barelinin orta qiyməti 82.42 dollar/barel və ya 606.03 dollar/ton qiymətində ticarət edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər