5 C
Baku
Wednesday, February 21, 2024

Azərbaycan tütün ixracından il ərzində $50 mln.-dan çox qazana bilər

“Azərbaycanda tütün məmulatlarının ixracının stimullaşdırılması ölkəyə il ərzində əlavə olaraq 50 milyon dollardan çox xarici valyuta gəlməsini təmin edə bilər”.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Elman Cavanşir deyib.

Onun sözlərinə görə, “Tabaterra”nın illik ixrac potensialı 5 milyard ədəd siqaret təşkil edir. Bu potensialın, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər tütün məmulatları istehsalçılarının ixrac potensialının tam olaraq reallaşması üçün tütün məmulatlarının ixracı stimullaşdırıla bilər.

E.Cavanşir bütün dünyada tütün məmulatlarının istehlakının azalması nəticəsində rəqabətin daha da sərtləşdiyini nəzərə alaraq, belə hesab edir ki, bu sahədə ixracatın stimullaşdırılması yerli müəssisələrin dünya miqyasında rəqabətədavamlılığını möhkəmləndirəcək: “Bu, eyni zamanda həmin müəssisələrdə yeni iş yerlərinin yaradılmasını, yerli xammal kütləsinin ümumi dəyər zəncirində payının artmasını və ən əsası, ölkəmizə illik olaraq 50 milyon dollardan çox xarici valyuta axınının gəlməsini təmin edə bilər. Bu isə öz növbəsində qeyri-neft sektorunun ixrac həcmində 2% artım deməkdir”.

E.Cavanşir əlavə edib ki, “Tabaterra”nın “Made in Azerbaijan” devizi altında istehsal olunan məhsulları beynəlxalq tərəfdaşları olan BAT şirkəti ilə imzalanmış müqavilə əsasında Gürcüstana ixrac edilir. Hazırda şirkət tərəfindən digər mümkün ola biləcək ixrac bazarları da araşdırılır.

Son xəbərlər
Digər xəbərlər