23 C
Baku
Sunday, July 3, 2022

Azərbaycan tütün və tütün məmulatlarının idxalını kəskin azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 70 milyon 213 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Banker.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 milyon 683 min ABŞ dolları və yaxud 28.3% azdır.

2019-cu ilin yanvar-oktyabr aylarında idxal edilən tütün və tütün məmulatlarının dəyəri isə 97 milyon 896 min ABŞ dolları olub.

2020-ci ilin təkcə oktyabr ayında isə Azərbaycana idxal edilən tütün və tütün məmulatları 8 milyon 728 min ABŞ dolları dəyərində olub. Sentyabr ayında isə bu göstərici 7 milyon 672 min ABŞ dolları təşkil edib. Aylıq müqayisədə bu məhsulların idxalında artım başlayıb.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər