30 C
Baku
Sunday, July 14, 2024

Azərbaycan Ümumdünya Poçt Konvensiyasına və “Poçt ödəniş xidmətləri haqqında Saziş”-ə qoşulacaq

Azərbaycan “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol” və “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulacaq.

Bu barədə qanun layihələri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Komitə iclasında “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə qanun layihələri də müzakirəyə çıxarılacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər